Rusiya səfiri Qarabağ münaqişəsi ilə bağlı açıqlama verdi
Bizi izləyin

İqtisadi gündəm

Rusiya səfiri Qarabağ münaqişəsi ilə bağlı açıqlama verdi

"Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artması genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxarmayacaq".

Publika.az-ın “Novosti Armenii” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin jurnalistlərə açıqlamasında deyib.

Rusiyanın cəbhə bölgəsində baş verənlərdən narahatlıq keçirdiyini deyən diplomat problemin güc yolu ilə həllinin yolverilməz olduğunu bildirib.

“Tezliklə atəşkəsə nail olmaq və tərəflərin danışıqlar masasına əyləşməsi lazımdır. Problem yalnız sülh yolu ilə həll olunmalıdır”, -deyə o vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm