Gömrük Komitəsi xaricdən mal gətirənlərə GÜZƏŞT ETDİ
Bizi izləyin

İqtisadi gündəm

Gömrük Komitəsi xaricdən mal gətirənlərə GÜZƏŞT ETDİ

“Smart Customs” tətbiqinin və “e.customs.gov.az” portalının fəaliyyətində yaranan texniki problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir və bəyanetmə prosesində yaranan çətinliklər tezliklə aradan qaldırılacaq.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) vətəndaşlara və xaricdən mal gətirən şirkətlərə müraciətində deyilir.

Dövlət Komitəsi bildirir ki, daşıyıcı şirkətlər yaranmış problem həllini tapana qədər xarici anbarlarındakı malları ölkəyə gətirə bilərlər və bununla bağlı heç bir məhdudiyyət yoxdur.

Xatırladaq ki, 2021-ci ilin yanvarın 1-dən qaydalara görə xaricdə aldığı malı gömrük sistemində onlayn bəyan etməyən vətəndaşın bağlaması ölkəyə gətirilmirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm