Atəş altında olan Qapanlı toya hazırlaşır
Bizi izləyin

İqtisadi gündəm

Atəş altında olan Qapanlı toya hazırlaşır

Tərtər rayonunun təmas xəttinin yaxınlığında yerləşən Qapanlı kəndinin əhalisinin kəndi tərk etməsi barədə sosial şəbəkələrdə və bəzi saytlarda yayılan xəbərlər həqiqəti əks etdirmir.


Dünən gecə Rayon İcra Hakimiyyətinin başçısı kənddə olub, əhali ilə görüşüb.

Bu gün isə ərazisinin müdafiəsinə məsul olan hərbi hissənin komandir müavini Zaur Rüstəmov kənd sakinləri ilə görüşüb. Z. Rüstəmov deyib ki, əvvəlki günlərə nisbətən ötən gecə sakit keçib. Ötən gecə ciddi gərginlik və düşmənin diversiya-təxribat həmlələrinin qeydə alınmadığını söyləyən Z. Rüstəmov bunu əvvəlki günlər ərzində hücum cəhdlərinin qarşısı alınarkən düşmənin çoxsaylı itki verməsi ilə əlaqələndirib. O, əhalini təşvişə düşməməyə, təxribatçı, yalan məlumatlara uymamağa çağırıb, hərbçilərimizin onların keşiyində ayıq-sayıq dayandıqlarını, vəzifə borclarını layiqincə yerinə yetirdiklərini vurğulayıb.

Qapanlı kənd bələdiyyənin sədri Lətif Həmidov bildirib ki, son günlər Qapanlı istiqamətində gərginlik artsa da, heç kim kəndi tərk etməyib: “Düşmənin postlarımızı, kəndi, əhalini atəşə tutması halları son günlər artsa da, əsgərlərimiz cavab atəşi erməniləri susdurub. Kəndi heç kim tərk etməyib. Hətta toya hazırlaşırıq. Bu günlərdə kənddə iki toy olacaq”.

Bələdiyyə sədri Qapanlı kəndinin adi həyatına davam etdiyini də sözlərinə əlavə edib. /milli.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm