Korpus komandiri: “Erməni ordusunun 71 əsgəri öldürülüb, 80-i yaralanıb”
Bizi izləyin

İqtisadi gündəm

Korpus komandiri: “Erməni ordusunun 71 əsgəri öldürülüb, 80-i yaralanıb”

Baş verən atışmalarda düşmənin 6-7 postu məhv edilib

Bu gün şəhid olmuş gizir İsa Almazovun üç mərasimi keçirilib.

Ölümündən sonra üçüncü dərəcəli medalla təltif edilən şəhidin mükafatını Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərəv təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə şəhidin yaxınları ilə görüşən general-leytenant son günlərdə baş verən atışmalar nəticəsində erməni ordusunun 71 əsgərinin öldüyünü və 80 əsgərin yaralandığını bildirib:

“Bu döyüşlərdə, baş verən atışmalarda düşmənin 6-7 postu məhv edilib”.

Qeyd edək ki, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsa Ziyad oğlu ötən gün cəbhə xəttində gedən atışmalarda düşmən gülləsinə tuş gələrək şəhid olub.

Allah rəhmət eləsin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm