İraq türkmanları Qarabağa gəlməyə hazırdır – Açıqlama
Bizi izləyin

İqtisadi gündəm

İraq türkmanları Qarabağa gəlməyə hazırdır – Açıqlama

"Qarabağ 24 saat içində düşməndən azad edilə bilər”.

Bu sözləri Axar.az-a eksklüziv açıqlamasında İraqın Ərbil şəhərində yaşayan “Türkman Reform” radiosunun rəhbəri Riyaz Dəmirçi qeyd edib.

R.Dəmirçinin sözlərinə görə, onsuz da ermənilər artıq qorxuya düşüblər: “Çünki dövlət istəsə, 24 saat içində Qarabağ düşməndən azad edilə bilər. Dəyərli Azərbaycan xalqına, soydaşlarımıza başsağlığı veririk. Artıq Türkman Ədəbiyyatçı və Yazarlar Birliyinin də bəyanatı var”.

R.Dəmirçi bildirdi ki, bəyanatda bu fikirlər qeyd olunub: “Biz İraq türkmanları olaraq soyumuz, kökümüz, irqimiz, imanımız, dilimiz, adət-ənənələrimiz Azərbaycanla birdir. Ata vətəndə 11 əsgərimiz şəhid olub, ermənilər tərəfindən alçaqcasına xain planla hücum olub, əsgərlərimiz öldürülüb.

Bu hadisəni şiddətlə qınayırıq. Şəhidlərin qanı yerdə qalmayacaq, qala da bilməz. Əvvəlcə vətənin başı sağ olsun, sonra onların yaxınlarına səbr diləyirik”.

Riyaz Dəmirçi sonda bunları bildirdi: “Cəbhə xəttində nələr baş verdiyindən xəbərimiz var. Burada yaşayan türkmanlar Azərbaycana dəstək verməyə hər zaman hazırdırlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm