“Qarabağda rus olsaydı, ora dərhal qoşun yeridilərdi”
Bizi izləyin

İqtisadi gündəm

“Qarabağda rus olsaydı, ora dərhal qoşun yeridilərdi”

“Azərbaycan ermənilərin ərazisinə girməyə cəhd etsə, nəinki Rusiya, həttaTacikistan, Qırğızıstan və Qazaxıstan onu müdafiə edəcəklər”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə qazaxistanlı ekspert ekspert Yermek Taycibekov çıxış edib.

O, Qarabağa Rusiyanın qoşun yeritmək fikrinin olmadığını bildirib:

“Ermənistan KollektivTəhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Azərbaycan ermənilərin ərazisinə girməyə cəhd etsə, nəinki Rusiya, həttaTacikistan, Qırğızıstan və Qazaxıstan onu müdafiə edəcəklər. Qarabağın isə bura aidiyyatı yoxdur. Eləcə də Donetsk və Luqanskdakı yaradılan “respublikalar”ı da bura aid edə bilərik.

Əgər Qarabağda 20-30 faiz rus yaşasaydı, Moskva nəsə edərdi. Rusiya Qarabağa qoşun yeritsə, onda məsələ daha da dərinləşəcək. Putindən Ukraynaya niyə qoşun yeritmədiyi tələb ediləcək. Kreml Qarabağa qoşun yeritmək haqqında heç bir şey fikirləşmir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm