“Qarabağa Amerika sülhməramlıları girəcək” – Kremldən iddia
Bizi izləyin

İqtisadi gündəm

“Qarabağa Amerika sülhməramlıları girəcək” – Kremldən iddia

“Qarabağdakı müharibədən keçən 20 il ərzində Azərbaycanda Bakının hüquqlarını bərpa etməyi arzulayan “qisas nəsli” böyüyüb”.

Publika.az-ın izvestia.ru saytına istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan-Ermənistan təmas xəttində baş verən son qarşıdurmaları şərh edən Rusiya Prezident Administrasiyasının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarə rəisi Modest Kolerov deyib.

O, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçirilməsi gözlənilən görüşə də toxunub.
Qeyd edək ki, belə bir görüşun avqustun 8-i, yaxud da 9-u baş tutacağı barədə xəbər yayılıb. Bu barədə Ermənistan baş naziri Ovik Abramyan bildirib.

M.Kolerovanın sözlərinə görə, bu görüş baş tutacağı halda ABŞ öz planını reallaşdırmağa çalışacaq: “Amerikanın planına görə, gərginliyin azaldılması yalnız o halda mümkündür ki, Dağlıq Qarabağ ətrafında rayonların bir hissəsi Azərbaycana geri verilsin. Bundan sonra isə Qarabağa Amerika sülhməramlıları girəcəklər. Qarabağ isə onun ətrafındakı hündürlüklərdən Azərbaycan qoşununun nişanı altında qalacaq. Beləliklə, ABŞ bilavasitə İran yaxınlığındakı müharibə meydanını İrandan alacaq. Qarabağ Yaxın Şərq üzrə Amerikanın planlarında bir hissə olacaq”.

O bildirib ki, əgər Moskva Soçidə iki prezidentin danışıqlarını sülhlə yekunlaşdırmağı bacararsa, Minsk Qrupunun sammitində danışıqlar başqa istiqamətdə olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm