İqtisadi gündəm
Cəbhədə vəziyyətdən qonşu Gürcüstan da narahatdır
Gürcüstan son günlərdə Azərbaycan və Ermənistan arasında
yaranmış münaqişənin təcili son qoyulmasına ümid edir.
ANS PRESS-in məlumatına görə, bunu bazar günü Gürcüstanın xarici
işlər naziri Mayya Pandcikidze jurnalistlərə açıqlamaslnda
bildirib.
Onun sözlərinə görə, sivil dünyaya daha bir donu açılmış münaqişə
lazımlı deyil.
"Biz böyük narahatçılıqla Azərbaycan və Ermənistan arasında baş
verənləri izləyirik. Mən tamamilə əminəm ki, nə bizim regionumuza,
nə bütün dünyaya, gərginliyin daha bir mərkəzi, daha bir donu
açılmış münaqişə lazım deyil, və buna görə mən əminəm ki, iki
ölkənin liderləri ümumi dil tapacaqlar və münaqişəni sülh yoluna
nizama sala biləcəklər, - Gürcüstanın XİN rəhbəri vurğulayıb.
Hər iki tərəfdən hərbçilərin həlak olması Pandcikidzenin xüsusi
narahatçılığına səbəb olub və o ümid edir ki, ilk növbədə bu
ölümlərə son qoyulacaq.
"Mən bildiyim qədər, artıq Azərbaycan və Ermənistan prezidentləri
arasında görüş nəzərdə tutulub, və bu mənə ona ümid verir ki,
münaqişə bitəcək", - Pancikidze bildirib.
Qeyd edək ki, rəsmi məlumatlara görə, iyulun 30-dan 31-nə keçən
gecədən etibarən bu günədək Ermənistan Silahlı Qüvvələri ilə baş
verən döyüşlərdə Azərbaycan Ordusunun 14 hərbi qulluqçusu şəhid
olub.
Mayya Pandcikidze
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!