Ukrayna telekanalı Qarabağ döyüşlərindən süjet verdi
Bizi izləyin

İqtisadi gündəm

Ukrayna telekanalı Qarabağ döyüşlərindən süjet verdi

Ukraynanın ən baxılan telekanallarından biri olan TSN son günlər Azərbaycan-Ermənistan təmas xəttində baş verən gərginliklə əlaqədar süjet efirə verib.

Axar.az xəbər verir ki, ukraynalı jurnalistlər süjetdə atəşkəs rejiminin pozulması səbəbləri, rəsmi strukturlara istinad etməklə, hər iki tərəfdən ölən və yaralananların sayı və son durum barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, ən obyektiv məqam qismində süjetdə Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması, 1 milyon qaçqın və məcburi köçkünümüzün olmasının vurğulanmasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm