
Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən
ATƏT Minsk Qrupunun həmsədrləri Ermənistan və Azərbaycan
prezidentlərini münaqişənin sülh yolu ilə həlli üzrə danışıqları
bərpa etməyə çağırıblar.
Vasitəçilər Ermənistan və Azərbaycan prezidentlərini gərginliyin
azaldılması üçün təcili tədbirlər görməyə və atəşkəs sazişinə
hörmətlə yanaşmağa çağırıblar.
ATƏT-in hazırkı sədri Didyer Burqxalter və ATƏT Minsk Qrupunun
üzvləri qoşunların təmas xəttində çoxsaylı itkilərlə nəticələnən
zorakılığın kəskin artmasından narahatlıq ifadə ediblər. (ans
tv)