İqtisadi gündəm
SOCAR-dakı dəyişikliklərlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
"Dövlət Neft Şirkətinin nə ləğv edilməsi, nə transformasiyası, nə də özəlləşdirilməsi gündəmdə deyil. Bunlar nəzərdə tutulmur".
Publika.az xəbər verir ki, bunu açıqlamasında iqtisadiyyat nazirinin müavini, SOCAR-ın Müşahidə Şurasınınü üzvü Rövşən Nəcəf deyib.
Real Tv-yə danışan dövlət rəsmisi bildirib ki, məqsəd Dövlət Neft Şirkətini daha güclü, beynəlxalq aləmdə daha rəqabətli etməkdir:
"Bütün bu dəyişikliklər sırf onun tarixi təkamül yolundan və həmin təkamülün doğurduğu çağırışlardan, ehtiyaclardan, yaranan zərurətlərdən irəli gəlir. Müşahidə Şurasının formalaşması Dövlət Neft Şirkətinin digər iri aparıcı neft-qaz şirkətləri ilə eyni səviyyədə korporotiv struktura malik olması, beynəlxalq aləmdə rəqabət qabiliyyəti olmasına yönəlmişdir. Bütün neft-qaz şirkətləri özlərini yenidən kəşf edirlər və özlərini daha çox enerji şirkətləri kimi qələmə verməyə başlayırlar. Bu, onların öz inkişaf strategiyalarında öz əksrini tapır. Çünki uzun müddətdə alternativ enerji və digər enerji mənbələrindən istifadənin artması həmin şirkətlərin də həmin dövrə indidən uyğunlaşmasına zərurət yaradır.
SOCAR-da aparılan bu struktur islahatlar şirkətin uzun müddətli rəqabət qabiliyyətinin təmin edilməsinə yönəlmiş addımlardır".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)

.jpg)


























.jpg)
.jpg)
