"Associated Press” Ağdama gedən tankların şəklini yaydı
Bizi izləyin

İqtisadi gündəm

"Associated Press” Ağdama gedən tankların şəklini yaydı

“Associated Press” agentliyi son günlər Azərbaycan və Ermənistan təmas xəttində baş verən döyüşlərlə bağlı material yayıb.

Məlumatda qeyd olunur ki, Azərbaycan və Ermənistan tərəfi Dağlıq Qarabağ regionunda hərbi münaqişənin kəskinləşməsi nəticəsində itkilər verib. Rəsmən təsdiq olunmuş məlumatlara görə, ölənlərin sayı 18 nəfərdir. Onlardan 13 nəfəri Azərbaycan əsgəridir, 5 nəfər isə "Dağlıq Qarabağ"ın silahlı qüvvələrinin hərbçiləridir.

Agentliyin Azərbaycandakı və Ermənistandakı mənbələrə istinadən hazırladığı xəbərdə bizlər üçün yeni ola biləcək elə bir şey yoxdur.

Bu fotolar isə avqustun 2-sində çəkilib. Azərbaycan tankları Ağdam istiqamətində hərəkət edir. Foto agentliyin əməkdaşı Abbas Atilaya məxsusdur.

Bu fotolar Qərbin bir sıra nüfuzlu nəşrləri tərəfindən istifadə olunub.

Musavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm