Qanunsuz yolla siqaret idxalının qarşısı alındı
Bizi izləyin

İqtisadi gündəm

Qanunsuz yolla siqaret idxalının qarşısı alındı

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda 7 fakt üzrə 9 720 ədəd müxtəlif markalı siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Bu barədə Publika.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Xəbərə görə, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn müxtəlif markalı yük avtomobilləri saxlanılıb və gömrük baxışı keçirilib.

Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 9 720 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm