Ermənilər atışmadan görüntülər paylaşdılar – Video
Bizi izləyin

İqtisadi gündəm

Ermənilər atışmadan görüntülər paylaşdılar – Video

Ermənilər sosial şəbəkədə Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışmadan görüntülər paylaşıblar.

Axar.az xəbər verir ki, hadisə iki gün öncə Ermənistanın sərhəd bölgəsində olduğu deyilən Berkaber məntəqəsində baş verib. Azərbaycan Milli Ordusunun aramsız hücumunu vurğulayan ermənilər bundan narahatlıq keçirdiklərini bildiriblər. Videodan görünür ki, Azərbaycan Ordusu kəndi və dinc sakinləri gülləbaran etmir, atışma səsləri qarşılıqlı olaraq mövqelərdə eşidilir.

Xatırladaq ki, Ermənistan hərbçiləri yüksəklikdə yerləşən mövqelərindən həmişə sərhəd kəndlərimizi və mülki əhalini hədəf alırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm