Daha bir əsgərimizi itirdik
Bizi izləyin

İqtisadi gündəm

Daha bir əsgərimizi itirdik

Ötən gün günorta saatlarında döyüş bölgəsində daha bir əsgərimiz şəhid olub.

Bu barədə əsgərin yaxınları ANS PRESS-ə məlumat verib. Verilən məlumata görə, 19 yaşlı Murad Mahir oğlu Səmədov güllə yarası alaraq ölüb.

Xırdalandan həqiqi hərbi xidmətə çağırılan Murad Səmədovun meyiti bu gün doğulduğu Xırdalan şəhərinə gətirilir. Əsgərin cənazəsi bu gün dəfn olunacaq.

Fakt Müdafiə Nazirliyinin mətbuat xidmətindən təsdiqlənib. Verilən məlumata görə, əsgər döyüş bölgəsində, N saylı hərbi hissədə olarkən, ehtiyatsızlıqdan avtomatdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm