Rusiya və Türkiyədən gətirilən bu məhsullar yararsız oldu
Bizi izləyin

İqtisadi gündəm

Rusiya və Türkiyədən gətirilən bu məhsullar yararsız oldu

Rusiyada fəaliyyət göstərən “PECYPC-ЮГ” MMC tərəfindən istehsal olunan və “FROZEN PRODUCTS” MMC tərəfindən ölkəmizə idxal edilən 19.14 ton toyuğun bel tili və Türkiyədə “DİREKÇİ DİS TİCARET” LTD tərəfindən istehsal olunan və GLOBAL MEAT MMC tərəfindən ölkəmizə idxal edilən 22.33 ton dondurulmuş hind quşu qiyməsi məhsulu partiyasına AQTA müfəttişləri baxış keçirib.

Agentlikdən Publika.az-a bildirilib ki, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində məhsullarda salmonella patogen mikroorqanizmləri aşkarlanıb.

Agentlik tərəfindən istehlaka yararsız məhsulların zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı qərar qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm