Erməni katalikos Şeyxə müraciət etdi
Bizi izləyin

İqtisadi gündəm

Erməni katalikos Şeyxə müraciət etdi

Erməni katalikosu İkinci Gargen avqustun 5-də Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə məktub göndərib.

Axar.az xəbər verir ki, məktubda Şeyxdən atəşkəs rejiminin bərpası və qorunması üçün Azərbaycan respublikasının prezidentinə təsir göstərilməsi istənilib.

Məktubda deyilir ki, ən qiymətli amil insan faktorudur. Bu səbəbdən də gənclərin həyatlarının qorunması hər şeydən üstün tutulur. Erməni katalikos Şeyxdən danışıqlar prosesinin davam etdirilməsi və əvvəlcədən müəyyənləşdirilmiş formatın qorunmasını istəyib.

Bundan başqa, müraciətdə deyilir ki, Moskva Patriarxlığının rəhbəri İlyanın iştirakı ilə din adamlarının formatından da istifadə olunmasi əhəmiyyətli olardı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm