İqtisadi gündəm
Ermənilər yenidən Ağdamda və Tovuzda atəşə başladı
Bu saatlarda Ermənistan silahlı qüvvələri yenidən cəbhədə
fəallaşıblar.
ANS PRESS-in bölgə müxbirinn verdiyi məlumata görə, ermənilər
Ağdamın işğal altında olan Bayramlar kəndindəki mövqelərindən
Azərbaycanın üzbəüz mövqelərini şiddətli atəşə tutublar.
Ağdamın Çıraqlı kəndi hazırda intensiv atəşə tutulur. Atışma zamanı
iriçaplı silahlardan istifadə olunduğu bildirilir.
Ağır artilleriyadan atəş açılmayıb. Cəbhə xəttində zenit-raket
qurğularından istifadə faktı qeydə alınmayıb.
İndiyə olan məlumata görə, atışma nəticəsində xəsarət alan
yoxdur.
Bu dəqiqələrdə tərəflər arasında şiddətli atışma gedir. Düşmən
cavab atəşi ilə susdurulur.
Bir saata yaxındır ki, Tovuzun Əlibəyli
kəndində döyüş gedir.
ANS PRESS-in məlumatına görə, bu haqda
informasiyanı Tovuz rayon Əlibəyli həkim məntəqəsinin həkimi Minayə
İsmayılova verib.
Onun sözlərinə görə, döyüş bir saat öncə başlayıb.
Hazırda kənddə vəziyyət çox gərgindir. Əməlli-başlı döyüş
gedir.
Hər iki tərəfdən iri çaplı silahlardan atəş
açıldığı bildirilir.
Cəbhəyə ən yaxın kəndlərdən sayılan Əlibəyli daim
düşmən hücumlarına məruz qalır.
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi