Amerika Yəhudiləri Qarabağla bağlı bəyanat yaydı
Bizi izləyin

İqtisadi gündəm

Amerika Yəhudiləri Qarabağla bağlı bəyanat yaydı

Amerika Yəhudiləri Yardım Təşkilatının (Vaad L Hatzolas Nidchei Yisroel) Azərbaycan bölməsinin rəhbəri Rav Shmuel Simantov son zamanlar cəbhə bölgəsində erməni silahlı birləşmələrinin atəşkəsi pozması nətəcisəində 10-dan artıq Azərbaycan hərbçinin ölümü ilə əlaqədar bəyanat verib.

Təşkilatda Axar.az-a daxil olan bəyanatda bildirilir ki, Ermənistan qanunsuz olaraq Azərbaycan torpaqlarını işğal altında saxlayır: “Bu azmış kimi mütəmadi olaraq atəşkəs rejimini pozur. Amerika Yəhudiləri Yardım Təşkilatı olaraq Ermənistanı BMT-nin 4 qətnaməsini yerinə gətirməyi və dərhal işğalçı əməllərinə son qoymağa çağırırıq. Biz hər zaman Azərbaycan xalqının və Azərbaycan dövlətinin yanındayıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm