Almaniya azərbaycanlıları dünyaya müraciət etdi
Bizi izləyin

İqtisadi gündəm

Almaniya azərbaycanlıları dünyaya müraciət etdi

“Avropa azərbaycanlıları dünya ictimaiyyətini Ermənistanın təcavüzkar siyasətinə qarşı zəruri addımlar atmağa çağırıb“.

Axar.az xəbər verir ki, Almaniyada Azərbaycanlıların Koordinasiya Mərkəzi Avropanın yerli və beynəlxalq təşkilatlarına müraciət edərək, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində vəziyyəti yenidən gərginləşdirməyə xidmət edən hərəkətlərə qarşı laqeyd qalmamağa çağırıb.

Azərbaycanlıların Koordinasiya Mərkəzinin Almaniya Federativ Respublikasının Parlamentinin Bundestaqa ünvanlanmış müraciətində son günlər cəbhə xəttində yaranmış gərgin vəziyyət nəticəsində 13 azərbaycanlı hərbçinin ermənilər tərəfindən qətlə yetirildiyi bildirərək beynəlxalq ictimaiyyətin məsələyə biganə yanaşmamasının zəruriliyi qeyd edilib:

"Artıq neçə illərdir ki ATƏT-in Minsk Qrupunun münaqişənin həlli istiqamətində fəaliyyətində irəliləyiş yoxdur və Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində effektiv nəticələr əldə olunmur. Əgər hələ də münaqişə nəticəsində insanlar həyatını itirirsə, bu, dondurulmuş münaqişə hesab edilə bilməz. Azərbaycanın ərazi bütövlüyü pozula bilməz və BMT-nin bütün müvafiq qətnamələri işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin çıxarılmasını tələb edir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm