İran cəbhədəki gərginlikdən narahatdır
Bizi izləyin

İqtisadi gündəm

İran cəbhədəki gərginlikdən narahatdır

Son günlər ərzində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin pozulması İranda da narahatlıqla izlənilir.

Bu barədə İranın xarici işlər nazirliyinin sözcüsü Mərziyə Əfxəm bu munaqişə ilə əlaqədar narahatlıgını bəyan edib: “Azərbaycan və Ermənistan münaqişəsinin hərbi həll yolu yoxdur. Buna görə də gərək danışıqlar aparılsın və toqquşmaların şiddətlənməsinə imkan verilməsin”.

Publika.az-ın məlumaına görə, İran-Azərbaycan dostluq qrupunun sədri, Əhəd Qəzai isə bildirib ki, "Ermənistan təcavüzkarlarıqla Azərbaycanın torpağını işğal edib və bu şəraitdə Azərbaycan xalqı özünü müdafiə etməlidir. Bu təcavüzkarlıq həm gonşu ölkələrə, həm də regionda sülh və sabitlik üçün ciddi təhlukə yaradır".

İranın Azərbaycandakı sabiq səfiri söyləyib ki, "Mən də eşitdim, çox narahat oldum. Hər halda insanlar tələf olur, amma Azərbaycanın 20% torpağı işğal olunub”.

1980-ci ildən başlayaraq, daim təcavuzə məruz qaldıqlarını xatırladan sadə iranlılar təcavüzün nə demək olduğunu anlayırlar. İnsan hüquqlarının pozulmasının da nə demək olduğunu yaxşı bilirlər.

Tehran sakini Elşən Qasemi qeyd edir ki, "Bu xəbəri eşitdim, çox üzüldüm və məni çox pis təsir etdi. Mən bu şəraiti öncə də İran-İraq müharibəsində görmüşdüm, həqiqətən çox çətin bir şəraitdir. Mən bunun üçün bütün dünya azərbaycanlılarına və müsəlman dünyasına başsağlıgı verirəm”.

Xatırladaq ki, İranın Bakıdakı səfiri Möhsün Pakayin bir daha İranın Qarabağ münaqişəsinin həlli sahəsində Azərbaycan-Ermənistan arasında vasitəçilik etməyə və problemin həllini tapmağa hazır olduğunu vurgulayıb.

Bu bəyanat göstərir ki, İran münaqişənin tezliklə həll olunmasında maraqlıdır və buna görə çalışır. /bizimyol.info/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm