Xocavəndə piyada yürüş akisiyası ...
Bizi izləyin

İqtisadi gündəm

Xocavəndə piyada yürüş akisiyası ...

”Mil” İntellektual Klubu son günlər cəbhə bölgəsində baş verən hadisələrə biganə qalmayıb.

Gün.Az xəbər verir ki, 6 avqust 2014-cü il tarixində klub üzvləri və digər gənclərin iştirakı ilə avqust ayının 1-dən 2-nə keçən gecə cəbhənin Ağdam rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuş Xocavənd rayonu Qaradağlı kənd sakini əsgər Quliyev Sənan Qeyrət oğlunun məzarı ziyarət edilib.

Gənclər Beyləqan rayon mərkəzindən təxminən 15 km məsafədə yerləşən Yeni Xocavənd qəsəbəsində yerləşən şəhidin məzarına yürüş təşkil ediblər.

Yürüşdə “Araz” Ədəbi Birliyinin, “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin üzvləri də iştirak edib. Onlar çıxışlar edərək gənclərin bu təşəbbüsünü yüksək qiymətləndirərək növbəti yürüşün işğal altında olan torpaqlara ediləcəyini vurğulayıblar.

Fəallar Azərbaycan gənclərinə səslənərək “Vətən üçün birləşək!” mesajını veriblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm