“OdƏrlər” romanındakı müharibə proqnozları doğru çıxır
Bizi izləyin

İqtisadi gündəm

“OdƏrlər” romanındakı müharibə proqnozları doğru çıxır

Təsadüf, ya uzaqgörənlik?..

Təqribən bir il bundan əvvəl mübahisələr yaradan, istər süjet, istərsə də mövzu baxımından birmənalı qarşılanmayan bir əsər oxuculara təqdim olundu. Bəziləri daha çox əsərdəki dini mövzularda olan fikirlərə görə müəllifi tənqid atəşinə tutdu. Əslində isə əsərin ideya xəttində tamam başqa motivlər yer alırdı. Əsəri böyük həvəslə oxudum və ilk fikrim bu oldu ki, müəllif çox xəyalpərvərdir. Arzularını vətənpərvərliyi ilə calaq edib və maraqlı bir roman yazıb. Dilinin ağırılığı, mürəkkəb cümlə quruluşlarından istifadə, bir az da fəlsəfi mühakimələr əsərin qavranılmasına və oxunaqlı olmasına mənfi təsir edir. Amma çoxşaxəli süjeti və siyasi analizləri ilə olduqca maraq kəsb edən əsərdir. Üzərindən bir il keçdikdən sonra əsərdəki bir çox hadisələrin indi reallaşdığını görürük.

Söhbət Şəmil Sadiqin “Odərlər” romanından gedir.

Romanda təhkiyə iki süjet üzərində qurulub:

1. Bir Dədə Əfəndinin dünyada baş verən hadisələri təhlili, gələcəyə aid proqnozları və dərin, fəlsəfi mühakimələri.

2. Əvvəlcədən düşünülmüş plan əsasında bir qrup mərd, qorxmaz Azərbaycan əsgərinin işğal altında olan Xankəndi şəhərinə getməsi və oraya şanlı bayrağımızı sancması.

Türkün gizli təşkilatları və onun Azərbaycanda olan qolunun yeraltı dünyada gələcəyə aid planları tam ölçüsündə oxucuya təqdim olunur. Bu təşkilatın hadisələrə nəzarəti və planları sonda qələbəyə aparan yol kimi işıqlandırılır.

Dədə Əfəndi söhbətlərində çox mövzulara toxunur. Həmin söhbətlər tarixi proseslərin təhlili əsasında gələcəyə aid proqnozlardır. Əsərdə işarə edilən məsələlərdən biri Krım tatarları ilə bağlıdır. Əsər çap olunandan çox qısa zaman sonra Krım hadisələri dünyanın ana mövzusuna çevrildi. İki slavyan xalqı Krım üzərindən düşmən oldu. Məhz Krım tatarlarının indiki aqibəti Rusiyanın daxilində parçalanmalara səbəb olacaq şəkildə dəyələndirilir. Dədə Əfəndinin dilindən oxuyuruq:

“Bizi böyük bir müharibə gözləyir. Turan ideyasının reallaşmasının zamanıdır. Cənubi Azərbaycanın müqəddəratı demək olar ki, həll edilib. Qısa bir zamanda müstəqilliyini elan edəcək. Hələlik baş verməsi gözlənilələn bu hadisə böyük güclərin marağına xidmət edir. Buna İranın məhv edilməsi ideyanın səbəb olduğunu bilirsiniz. Amma hələ də Krımın taleyinin həllini istədiyimiz kimi hazırlaya bilməmişik. Amma Krım Respublikasının yaranması üçün bütün milli güclər hazırdır. Orta Asiyada olan türk respublikalarının Rusiyadan asıllığını kəssək, Başqırdıstan, Krım, Yakutiyada dədə-baba ərazilərində yaşayan türklərin müstəqilliyi danılmazdır. Bu başlanacaq muharibə bütün regionu qana boyayacaq. Amma bu qandan qidalanan Turan olmalıdır. Cənubi Azərbaycanın müstəqil olmasına daima imkan verməyən Rusiya bu dəfə də mane olmağa çalışacaq. Burda isə Avropadan və ABŞ-dan güc alan Türkiyə və Azərbaycan Rusiyanın qarşısına çıxacaq. Qazaxstan isə Xəzərdəki dəniz qüvvələrini Rusiyanın əleyhinə olaraq Azərbaycanla birləşdirəcək. Türkmənistan və Qırğızıstan Uyğurların Çindən ayrılaraq birləşməsinə dəstək olacaqlar. Çinin böyük və təkbaşına iqtisadi güc olmaq xülyasından qorxan Avropa və ABŞ bu dönəmdə türklərin yanında olacaq. Onların da burda öz planları var. Yeni qurulmuş hakimiyyətlərdə öz kadrlarını yerləşdirməklə yenə dünyanın idarəçiliyini əllərində saxlamağı planlaşdırıblar. Bunu da bölgəmizdə dini parçalanmalarla etməyi planlaşdırırlar. Türkiyənin daxilində bunu qismən də olsa bacarıblar. Amma Türkiyənin dərin dövləti bu prosesi nəzarətdə saxlayıb. Bu ilin sonunda Ulu Şaman ocağı yığılacaq, regionun xəritəsini bir daha təsdiqləyəcik. Bütün Ulu Şamançılar bizim başlatdığımız bu əməliyyatın yeni dünya idarəçiliyinin türklərin əlinə aparıb çıxacağı ümidindədir. Hər kəs bir bəhanə gözləyir. Bizim Avropanı və ABŞ, daha doğrusu, onların adı altında dünyanı idarə edən qüvvələri yayındırmağımız vacibdir. Ata kişi günü bu gün Gürcüstana getməli, milli qüvvələrlə görüşməlidir. Ordan da Krımdakı toplantıya qatılıb partlayışın baş verdiyini müzakirə elə.

Əsərdən verilən parçanın məntiqi davamı günümüzdə yaşanılmaqdadır. Uyğur türkləri, Kərkük və Mosul türkləri son olaraq Rusiyanın içərisində olan türk dövlət qurumlarının müstəqillik idealarının qızışmasıdır. Bu gün dünyanın bir çox politoloqları Rusiyanın yaxın zamanlarda parçalanacağı ilə bağlı proqnozlar verir. Bütün bunlar Şəmil Sadiqin ya fantaziyasının, ya da bədii təxəyyülünün məhsulu kimi hələ 2013-cü ildə çap edilmiş “Odərlər” romanında verilib. Sonradan da tarixin yaşadığı real həyat səhnəsi kimi yaşanılır.

Dədə Əfəndinin söhbətlərində daha çox yer verilən mövzulardan biri də Türk dünyasının birləşməsi ilə bağlıdır. Həmin əsərdən sonra Qazaxıstan və Qırğızıstan prezidentlərinin Turançılıqla bağlı olduqca məşhur çıxışları sosial şəbəkərlərdə geniş yayıldı. Türk dövlət başçılarının Türkiyədəki son zirvə görüşü, ortaq türkcədən istifadə etmələri dünyada gedən geostrateji dəyişikliklərdən xəbərverməsi romanın ideyası ilə birbşa səsləşir. Şərqdə gedən proseslər, Macarıstan kimi Avropa ölkəsində turançılığın uca səslə eşidilməsi bu birliyin yaradılmasının cizgiləridir sanki. Yaradılacaq bu gücün məhz Çinə qarşı olacağı isə heç kəsə sirr deyil.

Digər maraqlı təsadüflərdən biri ordu islahatları və idarəetmədə edilən dəyişiklər idi ki, bizlər bunu yaşadıq və gördük. Müdafiə Nazirliyində olan islahatlar və dəyişikliklər göz qabağındadır. Əsərdə prezident seçkiləri, seçkilərdən sonra orduda aparılan islahatlar, yeni döyüş planları və s. kimi strateji məsələlər öz əksini tapıb. Müdafiə nazirinin dəyişilməsi, orduda olan canlanma, möhtəşəm hərbi paradlar, silah-sursatın nümayişi, “İstiqlal” snayperinin dünyaya səs salması çox qısa zaman məsafəsində yaşadığımız və şahidi olduğumuz hadisələrdir. Roman ordu rəhbərliyində edilən dəyişikliyi bədii ustalıqla və mətnaltı şəkildə belə ifadə edir:

“– Arslan bu əməliyyata birbaşa nəzarət edir. Buna Azərbaycanın taleyüklü məsələsi kimi baxılır. Bu əməliyyatın baş tutması ideoloji müharibənin psixologiyalarda qələbəsi deməkdir. Azərbaycanının müharibə edib torpaqları azad etməsi üçün yaradılan şəraitdir. Yadına sal, Mübarizin həyata keçirdiyi əməliyyatı... yadındadırmı, o zaman bizə hansı tapşırıqlar verilmişdi? Axı müharibə o zaman başlamalı idi. Həm xalq hazır idi, həm də ordu. Hər kəs elə bilir ki, bunlar təsadüfdür. Hamısı planlaşdırılmış məsələdir. Sən elə bilirsən ki, keçən aya qədər öldürülən əsgər sayının günü-gündən artması təsadüfi idi? Bunların hamısı Azərbaycana təzyiq vasitəsi idi. Hakimiyyəti qorxutmaq istəyən xarici qüvvələr idi. Ordumuzda da xeyli xain var. Bu seçkilərdən sonra hamısının təmizlənməsi gözlənilir. Amma bu dəyişikliyi kütləvi şəkildə aparmaq olmaz. O zaman böyük güclər masada Qarabağı bizə verməyə hələ tam razı deyildilər. Amma indi uzun illərin siyasəti öz nəticəsini vermək ərəfəsindədir. Bizim bu əməliyyat xalqdakı ruh yüksəkliyini artırmalı, müharibə edərsək qələbə çalacağımız inancını aşılamalıdır ki, Ali Baş komandan müharibəyə inamla girə bilsin. Son vaxtlar daxildəki satqın qüvvələr də güclənib. Çünki qida mənbələri onları – xaricdən bəsləyənlər belə istəyirlər.

“Oktyabr ayı... Hərbi prokurorluğun təcridxanalarından biri... Ciddi nəzarətdə saxlanılan keçmiş briqada komandiri Heydər Kamandarova azadlığa çıxması haqqında məlumat verilir.

Öz hücrəsində neçə gündü ki, kimsə ilə danışmayan və bu sükutu susqunluğu ilə fırtına gözləyən polkovnik həmin tapşırığı oxuyan kimi Ali Baş komandanın bu əmrini balasını bağrına basan ana kimi bərk-bərk qucaqladı. Qəlbinin dərinliyində bir qürur hissi keçirdi. Dövlətinin gücü, iradəsi onu daha da ruhlandırdı. Bir il bundan öncə Birinci ilə görüşündə aldığı tapşırığı layiqincə yerinə yetirdiyinə görə əsl hərbçi kimi fəxr edirdi. Rəhbərliyə inandığı və güvəndiyinə görə də böyük sevinc içində idi.

Əsərdə bu hissənin davamında böyük bir hərbi planın baş tutmasınının şahidi oluruq. Bir qrup əsgərimiz böyük bir planın tərkib hissəsi kimi cəbhəni keçir və Xankəndinə bayrağımızı sancır. Günümüzdə yaşadıqlarımız hansılardır? Yenə də şahidi olduğumuz və qürur hissi keçirdiyimiz Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun Kəlbəcərə getməsi və üçrəngli bayrağımızı orada dalğalandırması və ardından cəbhədə olan atışmalar və bir neçə kəndin və postun ordumuz tərəfindən ələ keçirilməsi. Bütün bunlar əsərdəki çox hadisələrlə səsləşir. Əsərin bu hissəsi son yaşanan hadisələrin proqnozu idi:

“Bütün bu proseslər Azərbaycan kəşfiyyatının hazırladığı iş idi. Həlak olmuş Azərbaycan əsgərinin meyitinin qaytarılmasını ləngidən Ermənistana Azərbaycan nota verməli, 3 saat ərzində meyitin Azərbaycana verilməyəcəyi təqdirdə müharibə başlayacağını ən yüksək kürsüdən səsləndirməli idilər. ... Başlanmış müharibə ola bilsin ki, dünya müharibəsinə gətirib çıxardacaqdı. Amma bu müharibənin sonunda Şimali və Cənubi Azərbaycan torpaqları birləşəcək, Orta Asiya türkləri öz müqəddəratlarını rusların əlindən alıb müstəqil olacaqdılar. Ukraynadan ayrılan böyük bir Krım dövləti qurulacaqdı. Əlli milyonluq Uyğur xalqı öz dövlətini quracaqdı. Bu, əsrlərdir ürəklərdə gün işğı görmədən yaşayan Böyük Turan arzusu idi. Dünyanı öz gücü ilə idarə edəcək Turan sevdası...”

Kim deyə bilər ki, Azərbaycan Respublikası Prezidentinin cəsarəti sayəsində Ramil Səfərovun azad edilməsi, Mübariz İbrahimova Milli Qəhrəman adının verilməsi kimi bu dəfə də şəhid olmuş Həsən Həsənovun meyidinin qaytarılmaması, əsirlikdə oln Dilqəm Əsgərovun, Şahbaz Quliyevin azad edilməməsi nəticəsində bu gün Azərbaycan ordusu hücuma keçməyib? Düzdür, bir ehtimal olsa da, üstü-üstə düşən bu təsadüf adamı heyrətə gətirməyə bilmir. Bəlkə də, İsa Muğannna yaradıcılığının təsiri ilə yazılan bu əsər bizə göylərin müjdəçisidir...

Dədə Əfəndinin türk birliyi, şamançılıq və turançılıqla bağlı fikirləri günümüzdə bir çox hadislərlə təsdiqləndi. 90-cı illərdə Türk dünyası ümidini yalnız Türkiyəyə bağlayırdı. Türkiyə bu tarixi missiyasını şərəflə yerinə yetirdi. Zamanla Qazaxıstan və Azərbaycan öz qüdrətini bərpa edərək Türk birliyini nümayiş etdirməyə başladı. Qazaxıstan prezidentinin “Avrasiya İttifaqının” iclasında Azərbaycanın mövqeyini müdafiə etməsi, Qazaxıstanda yaradılan Türk Akademiyası, Azərbaycan prezidentinin Türkiyə əvəzindən erməni prezidentinə kəskin cavab verməsi son zamanlar bu birliyi bizə göstərən əsas siqnallardır.

İsti günlər yaşayırıq. İsti günlərimizə bir də gərginlik qatan cəbhədəki son atışmalar və ürəklərimi dağa döndərən şəhid xəbərləri oldu. Xalqımızın müharibə əzmini yaşadıq, cavanlarımızın döyüş əhvali-ruhiyyəsini gördük və qələbəyə inam hissimizi bir az da möhkəmləndirdik. Hə, bir də səhvlərimizi gördük. Daxildə hansısa əməlləri ilə düşmənə fayda olan “vətənşivənlər” gördük. Sosial şəbəkələrdə yazdıqları və ya paylaşdıqları informasiyalarla düşmənə necə incə şəkildə sirr ötürdüklərinin hər gün şahidi olduq. “Odərlər” romanı bu incə və həssas məsələni də qabarda bilib və müasir dövrdə qələbənin əsas şərtlərindən birinin də informasiya sahəsində əldə etməli olduğumuzu göstərib.

“Bəli zaman sözün qılıncdan güclü olduğu bir zaman idi. Sözün silahlarından silahlanmış sosial şəbəkələr insanı, kainatı idarə edirdi. İnternet əsri dünyanın işini asanlaşdırdığı qədər də çətinləşdirirdi. Artıq insanlar qəzet, televiziya və jurnallardan daha çox sosial şəbəkələrdə olan şəxsi səhifələrdəki məlumatlarla idarə edilirdi. İnsanlarda belə bir fikir formalaşmışdı ki, böyük mətbuat qurumları sifarişlə işləyir, təqdimatlarını sifarişlə qururlar. Sifarişlərin kökü isə həmişə hansısa gizli təşkilatlara, qüvvələr bağlanırdı. ... Xeyli versiyalar meydana atıldı. Hər kəs bu mövzuda danışır, televiziyaların xəbərlərini gözləyir, amma bu barədə dolğun və inandırıcı bir şey eşitmədiyində başını aşağı salıb güzəranını keçirirdi. Müxalifət televiziyaların bu hadisəni səssiz qarşılamasından istifadə edib sosial şəbəkə tribunalarından xalqın aldadıldığını söyləyir, siyasi məqsəd üçün çox yaxşı istifadə edirdi. ... Hətta bunun şayiə, yanlış olduğunu da səsləndirmədilər. Bunu sadəcə sosial şəbəkələrdə aktiv olan gənclər azdan-çoxdan təhrif olunmuş formada duyur, rəylər bildirirdilər. Bu xəbərin altında verilən rəylərdən birində yazılmışdı ki, kim nə bilir, bəlkə, bu gənclər də Mübariz İbrahimov kimi düşməndən qisas almağa gediblər. Bunun da səsi sonra çıxardı yəqin”.

Müharibə şəraitində olan ölkələr döyüş əhvali-ruhiyyəli ədəbiyyatı, musiqisi, verilişləri xalqın beyninə təsir edir, onları döyüşə və qələbəyə səsləyir. Məncə artıq bir ildir öz oxucusunu tapan “Odərlər” romanı məhz indiki hərbi şəraitdə olduqca mükəmməl əsərdir. Cəbhədə vəziyyət gərgindir və ordumuz qazandığı inamını meydanda göstərə bilir. Hər gün cəbhədən irəliyə doğru hərəkət eşitmiş oluruq. Bizə qələbə lazımdır. Biz qələbəni yaşamalıyıq. “Odərlər”də isə qələbədən yazılıb.

“Amma bu dəfə zaman və şərait fərqli idi. Artıq Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün müharibəyə başlamış, hər gün bir neçə evə üçrəngli bayrağa bükülmüş onlarla şəhid tabutu ilə bərabər, milyonlarla evə “bu gün Azərbaycan ordusu Ağdamı işğaldan azada etdi, bu gün Azərbaycan ordusu Xocalı və Qaradağlı qisasını ermənilərdən aldı” və s. kimi sevinc dolu şad xəbərlər də gedirdi. Bu şad xəbələrin özü də sanki üçrəngli bayrağa bürünərək qürur duyurdu. Arslan məhz buna görə gedə bilmirdi. Axı o da indi əsgər dostları ilə bir yerdə olmalı, bütün gücünü və bacarığını Vətən uğrunda xərcələməli idi”.

Əsər Arslanın yeni əməliyyt üçün Çinə-Uyğurstana getidiyi zaman müəllifin təhkiyəsi ilə bitir. Qələbə ruhlu bu əsər günümüzdə oxunulması önəmli olan əsərlərdəndir. Mən müəllifin düzgün müşahidələrini və analizlərini yüksək qiymətləndirirəm və təbrik edirəm. Məncə, oxucu bu əsəri oxuyub layiq olan qiymətini verəcək. /axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm