Qazaxda atışma başladı - Son dəqiqə
Bizi izləyin

İqtisadi gündəm

Qazaxda atışma başladı - Son dəqiqə

Hazırda Qazax rayonunun Quşçu Ayrım və Əskipara kəndləri ilə sərhəd olan erməni mövqelərindən ərazimizə mərmi yağdırılır.

Bu barədə xəbəri musavat.com bölgə müxbiri Hikmət Carçılıya istinadla yayıb. Sayt xəbər verir ki, Silahlı Qüvvələrimiz cavab atəşi açır.

Hikmət Carçılı atışmanın 2 saat əvvəl - 7 avqust saat 23 radələrində başladığı və hələ də davam etdiyini bildirib.

İtki və yaralılar barədə müxbirimizdə məlumat yoxdur.

Qeyd edək ki, Quşçu Ayrım kəndi erməni postlarına çox yaxın məsafədə yerləşir və erməni hərbçilərinin gülləbaran etdiyi sərhəd kəndlərimizdən biridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm