Erməni mediası: “Azərbaycanın pilotsuz təyyarəsi vuruldu”
Bizi izləyin

İqtisadi gündəm

Erməni mediası: “Azərbaycanın pilotsuz təyyarəsi vuruldu”

Azərbaycana məxsus pilotsuz təyyarə Dağlıq Qarabağ səmasında erməni hərbi birləşmələri tərəfindən vurulub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın lragir.am saytı yayıb. Saytın iddialarına görə, guya Azərbaycanın vurulmuş təyyarəsi neytral zonada yerə düşüb və hazırda vurulmuş təyyarənin axtarışları həyata keçirilir. Sayt qeyd edib ki, bu xəbəri “Müdafiə Nazirliyinin sözçüsü” Senor Asratyan təsdiqləməsə də, təkzib də etməyib.

Xatırladaq ki, son döyüşlərdə itkilərini gizlədən erməni mediasının bu xəbərinin dezinformasiya və son döyüş sarsıntısından çıxmaq üçün daxili auditoriyaya köklənən manipulyasiya olduğuna heç bir şübhə yoxdur. Bu gün 4 erməni diversantının məhv edilməsi, 1 nəfərin isə əsir götürülməsindən sonra erməni ictimaiyyətində başlayan ciddi narahatlığı bu cür kompensasiya etməyə cəhd göstərirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm