Üç əsgərimiz yaralandı – Son dəqiqə
Bizi izləyin

İqtisadi gündəm

Üç əsgərimiz yaralandı – Son dəqiqə

Bu gün axşam saatlarında Hərbi Hospitala 3 yaralı əsgər gətirilib.

Axar.az əməkdaşının verdiyi xəbərə görə, cəbhə bölgəsindən helikopterlə gətirilən əsgərlər yanıq xəsarəti alıblar.

Məlumata görə, yanacaq daşıyan hərbi maşında ehtiyatsızlıq edən əsgərlər yanğına səbəb olublar. Nəticədə avtomobil partlayıb və hər üç hərbçimiz xəsarət alıb. Xəsarət alanlardan biri Bərdə hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılan Elməddin Abdullayevdir, digər iki əsgərimizin adı dəqiqləşdirilir.

Hərbi Hospitaldan əsgərlərimizin xəsarətinin təhlükəli olmadığı və həyati əhəmiyyət daşımadığı qeyd olunub. Əsgərlərin valideynləri hospitala dəvət edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm