Bu sahədə sərt qaydaların dəyişdirilməsinə ehtiyac var - Deputat
Bizi izləyin

İqtisadi gündəm

Bu sahədə sərt qaydaların dəyişdirilməsinə ehtiyac var - Deputat

"Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu ilin birinci rübündə də ölkəmizə gələn turistlərin sayında azalma davam edib. Belə ki, həmin müddətdə Azərbaycana 117,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə az xarici gəlib".

Publika.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib.

Millət vəkili bildirib ki, ölkəmizə bu dövr ərzində səfər edənlərin çoxu əsasən qeyri-turizm məqsədilə gəliblər: "Rəsmi statistikaya görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-mart aylarında Gürcüstandan gələnlərin sayı 11,9 dəfə, Türkmənistandan 8,9 dəfə, Qazaxıstandan 7,7 dəfə, Özbəkistandan 5,2 dəfə, Rusiya Federasiyasından 4,1 dəfə, Ukraynadan 3,7 dəfə, Böyük Britaniyadan 3,6 dəfə, Belarusdan 2,1 dəfə, Türkiyədən 1,9 dəfə, İrandan 1,6 dəfə azalıb".

V.Bayramov vurğulayıb ki, COVID-19 pandemiyasının aktiv olduğu dövrdə ölkəmizə gələn turistlərin sayının azalması gözlənilən idi. Ancaq bununla belə, yeni turizm mövsümünün başlanmasına az zaman qaldığını nəzərə alsaq, ölkəyə səfərlə bağlı sərt qaydaların dəyişdirilməsinə ehtiyac var: "Belə ki, əgər icazə verilən meyarlara uyğun gəlməyən əcnəbinin müddətli koronavirus neqativ PCR testi nəticəsi varsa belə, ölkəmizə daxil ola bilməz. Halbuki test nəticələri neqativ olan əcnəbilərin potensial virus yayıcısı riski ciddi şəkildə aşağıdır. Buna görə də bu şəxslərin səfərləri epidemioloji baxımdan hər hansı ciddi təhlükə yaratmır".

Xatırladaq ki, mövcud qaydalara əsasən, ölkəyə yalnız bizdə akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm