Növbəti il inflyasiya gözləniləndən daha aşağı olacaq - İqtisadçı
Bizi izləyin

İqtisadi gündəm

Növbəti il inflyasiya gözləniləndən daha aşağı olacaq - İqtisadçı

Azərbaycanda son günlər istehlak mallarında qiymət artımlarının baş verməsi, qarşıdakı aylarda və növbəti ildə bu prosesin hansı istiqamətdə davama edəcəyini gündəmə gətirir.

Publika.az-a danışan iqtisadçı-ekspert Eldəniz Əmirovun sözlərinə görə cari ildə istehlak qiymətlərinin artımının 3,5-3,7% arasında qərarlaşacağı ehtimal edilir: “Halbuki bundan öncə bankın gözləntiləri 3,2% səviyyəsində idi. Bu məsələ ilə bağlı əvvəlki proqnozlarda inflyasiya səviyyəsi Azərbaycanda 3,2% ehtimal edilirdi. Lakin beynəlxalq qurumların son yenilənmiş proqnozlarda bu səviyyənin 3,5%-dək yüksəlməsi gözlənilir. Ancaq qeyd etməliyəm ki, ölkədə və beynəlxalq aləmdə baş verən bəzi proseslər inflyasiya səviyyəsini daha 0,2% yüksəlməsinə və 3,7 faizədək qalxmasına səbəb ola bilər. Məsələn, neft qiymətlərində artımın sürətlənməsi, ölkəyə əlavə pul kütləsinin daxil olması və ya respublikada kommunal xidmət haqlarının yüksəlməsi kimi məsələlər birbaşa inflyasiyaya təsir göstərən faktorlardandır”.

E.Əmirovun fikrincə, növbəti il inflyasiya səviyyəsi bu il gözlənilən səviyyədən daha aşağı olacaq: “Belə ki, 2021-ci illə müqayisədə 2022-ci ilin iqtisadi baxımdan daha stabil bir il olacağı şübhəsizdir. Təbii ki, qeyri-adi gözləntilər, pandemiya xarakterli, müharibə fəsadlı situasiyalar ortaya çıxmayacağı təqdirdə, biz tədricən iqtisadi həyatın öz axarına düşəcəyini müşahidə edəcəyik. Hazırkı durum isə onu deməyə əsas verir ki, sadaladığım neqativ halların baş vermə riski çox aşağıdır. Bu səbəbdən qarşıdakı ildə bu illə müqayisədə, 0,6% daha az inflyasiya göstəricilərinin olacağını ehtimal edirəm. Başqa sözlə, bu göstəricinin 3,2% faizdən çox olmayacağını düşünürəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm