Rusiya nədən çəkinir?
Bizi izləyin

İqtisadi gündəm

Rusiya nədən çəkinir?

Rusiya prezidenti Vladimir Putinin ayrı-ayrılıqda Azərbaycan və Ermənistan prezidentlərilə görüşünü politoloq Fikrət Sadıqov şərh edib.

- Soçidə baş tutacaq görüş digərilərindən nə ilə fərqlənir?

- Bu görüş digərlərindən belə bir çətin geosiyasi vəziyyəti ilə fərqlənir. Yəni Qərblə Rusiya arasında qarşıdurma fonunda, özəliklə də Rusiyanın xüsusi təşəbbüsü ilə bu cür görüşün keçirilməsi fərqlidir. Bu, onu sübut edir ki, Rusiya Ermənistanın bir müttəfiqi kimi münasibətlərini əvvəlki səviyyədə saxlamaqda maraqlıdır. Eyni zamanda o da başa düşür ki, Azərbaycan onun strateji partnyorudur. Hazırda indiki və gələcək zamanlarda Azərbaycan çox önəmli partnyoru ola bilər. Nəzərə alsaq ki, belə bir görüş məhz axırınci dəfə gedən döyüşlərdən sonra baş tutur. Mənə elə gəlir ki, həm Ermənistan, həm də Rusiya müəyyən mənada çəkinirlər. Buradakı vəziyyətdən həm Ermənistan, həm də Rusiya çox narahatdırlar. Ermənistan təşviş vəziyyətinə düşüb. Sonda isə danışıqlar ona gətirib çıxaracaq ki, yenidən bizi sülhə, əməkdaşlıq etməyə və atəşkəsə riayət etməyə dəvət edəcəklər və s.

- Sizin fikrinizcə, görüşün nəticəsi nə ola bilər? Bundan əvvəl Azərbaycan tərəfi bəyan etmişdi ki, predmetsiz danışıqlarda iştirak etmək istəmir. Hazırkı məqamda Azərbaycan danışıqlardan nə gözləyir?

- Əminəm ki, burada da bövlət başçısı heç bir əlavə kompromisə getməyəcək və bir daha Azərbaycan sərt növqeyini bildirəcək və bəyan edəcək ki, Azərbaycan heç bir vaxt yaranmış status-kvo ilə razılaşmayacaq. Gec-tez Azərbaycan işğal edilmiş torpaqları azad etməkdə israrlıdır. /ANS/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm