“Qafqazın ən güclü ordusu Azərbaycanındır”
Bizi izləyin

İqtisadi gündəm

“Qafqazın ən güclü ordusu Azərbaycanındır”

Türkiyənin www.gazetekars.com xəbər portalı Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun müsahibəsini türk dilində yayıb.

AzərTac xəbər verir ki, “Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusudur və qarşısına qoyulmuş istənilən vəzifəni icra etmək qüdrətindədir” sərlövhəli müsahibədə son günlər Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində yaranmış ciddi gərginliyin səbəblərinə aydınlıq gətirilir. Diqqəti işğalçı ordunun kəşfiyyat-təxribat qrupları tərəfindən dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə edilən basqınlara yönəldən Əli Həsənov Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı qondarma rejimin beynəlxalq hüquqa zidd əməllərindən bəhs edir. Qeyd olunur ki, erməni təxribatçı qrupları qarşılarına qoyduqları məqsədə nail ola bilməmiş və ciddi itkilər verərək geri çəkilmişlər.

Təqdim olunan müsahibədə, həmçinin, Ermənistanın beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymamasından, danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutmasından, Azərbaycan Ordusunun işğal olunmuş torpaqları azad etmək əzmindən və xalqımızın nikbin əhval-ruhiyyəsindən də söhbət açılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm