İqtisadi gündəm
“Ermənistan-Azərbaycan münaqişəsi. Tarix və müasirlik”
Kişineuda moldovalı alim, tarix elmləri doktoru Ruslan
Şevçenkonun “Ermənistan-Azərbaycan münaqişəsi. Tarix və müasirlik”
kitabı nəşr olunub. Nəşrin elmi redaktoru hüquq elmləri doktoru,
professor Namiq Əliyevdir.
Kitabda müəllif zəngin material əsasında Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə müraciət edir, onun mənbələri və
hazırkı vəziyyət barəsində məlumat verir. Azərbaycanın Ermənistan
tərəfindən sürükləndiyi 1988-1994-cü illər müharibəsinə xüsusi
diqqət yetirilir. Müəllif uzun, bu günədək davam edən, səmərəsiz
danışıqlar prosesindən söz açır. Dünya birliyi, vasitəçilər
beynəlxalq hüquq normalarını təsdiq edərək praktikada ikili
standartları əldə rəhbər tuturlar ki, bu da münaqişənin sülh yolu
ilə həllinə mane olur.
Kitaba əlavələrdə tarixi materiallar, eləcə də dünya birliyinin
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və təcavüzü pisləyən
beynəlxalq hüququ sənədlər tapmaq olar.
Ruslan Şevçenko həm Azərbaycan, həm də Ermənistan mənbələrindən,
arxiv materiallarından istifadə edir, onların əsasında dəqiq və
məntiqli şəkildə Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini
açıqlayır.
Kitab müəllifin münaqişəyə obyektiv baxışını əks etdirir.
Nəşr geniş oxucu kütləsi, xüsusilə, siyasətçilər, tarixçilər,
hüquqşünaslar, jurnalistlər üçün maraq kəsb edir.
AzərTAc
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB