5 nəfəri aldadan Qazax sakini tutuldu
Bizi izləyin

İqtisadi gündəm

5 nəfəri aldadan Qazax sakini tutuldu

Qazax rayon sakini A.İsmayılovun beş nəfərin etimadından sui-istifadə edərək 10 446 manatına sahib çıxması müəyyən edilib.

8 avqust Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 9-da Gülşad Hüseynovanın etimadını qazanaraq 4000 manat pulunun Qazax rayon sakini Aqil İsmayılov tərəfindən alınması müəyyən edilib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 4 nəfərin etimadından sui-istifadə edərək pullarına sahib çıxdığı bəlli olub.

A. İsmayılov cari ilin may ayında Abşeron rayon sakinləri Mehparə Dövlətovanın, Arzu Məmmədovanın, Namik Yusifovun və Toğrul Səlimzadənin etimadlarını qazanaraq müvafiq olaraq onlardan 1373, 1500, 2500 və 1073 manatının alması da müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm