İqtisadi gündəm
Sarkisyan Putinə Azərbaycandan şikayət etdi
"İnterfax" agentliyinin məlumatına görə, Ermənistan prezidenti Serj Sərkisyan Vladimir Putinə deyib ki, Azərbaycan-Ermənistan münaqişəsini Azərbaycan bilərəkdən qızışdırır.
Sərkisyan Putinə deyib: “Mən bizim regiondakı vəziyyət və Azərbaycan-Ermənistan sərhəddində vəziyyəti Azərbaycanın qızışdırmasının səbəbləri haqda sizə geniş məlumat verəcəyəm”.
Avqustun 10-da Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü gözlənilir. Putinin mətbuat katibi Dmitri Peskov avqustun 9-da jurnalistlərə belə deyib: “Biz prezidentlərin üçtərəfli görüşünün sabah - avqustun 10-da gündüz keçiriləcəyini istisna etmirik”.
D.Peskov Qarabağdakı vəziyyət haqda isə bunları deyib: “Vəziyyət doğrudan da gərgindir, qeyri-sabitdir. Ona görə də danışıqlara cəhdlər olunur”.
Ancaq Peskovun sözlərinə görə, hər üç prezident avqustun 9-da axşam da qeyri-formal şəraitdə də görüşə bilərlər. Belə ki, Əliyev, Sərkisyan və Putin beynəlxalq sambo yarışlarına baxmağa gedəcəklər.
“Platforma S-70” adlı döyüş sambosu yarışlarına Putinin gəlişi artıq ənənəyə çevrilib. Peskov deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin də ona qoşulacağı gözlənilir.
Qeyd edək ki, avqustun 9-da Soçidə Putin Sərkisyanla görüşdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşüb ("Azadlıq" radiosu).
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO