İqtisadi gündəm
Türkiyə rəsmisi yaralı hərbçiləimizə baş çəkdi
Ermənistan-Azərbaycan cəbhə xəttində çıxan
qarşıdurmalarda yaralanan və Türkiyəyə gətirilən yaralı Azərbaycan
əsgərlərini Türkiyənin səhiyyə nazirinin müavini Agah Qafqaz
müalicə edildikləri xəstəxanada ziyarət edib.
ANS PRESS-in məlumatına görə, Atatürk Təhsil və Araşdırma
Xəstəxanasına gətirilən və iki qıçını da itirən 19 yaşlı əsgər
Sərxan Tahirzadə ilə təcili xidmətdə yaxından maraqlanan Qafqaz
"keçmiş olsun" sözlərini deyib.
Olduqca yorğun olduğu müşahidə edilən və çətinliklə danışan
Tahirzadə Anadolu Agentliyinin müxbirinin suallarına qısa cavablar
verib.
Tahirzadə sağlamlığının yaxşı olduğunu, müalicə üçün Türkiyəyə
gətirilməyinə görə məmnuniyyət duyduğunu dilə gətirərək ona burada
yaxşı baxıldığını dilə gətirib.
Nazir müavini Agah Qafqaz yaralının yaxşı müalicə edilməsi üçün
həkimlərə öz tövsiyyəsini verib.
Türkiyənin bütün imkanının səfərbər ediləcəyini vurğulayan Qafqaz
təcili yardım təyyarələrinin dünya standartlarında olduğunu deyib.
O, əlavə edib ki, burada texniki təchizat yüksək səviyyədədir.
Ambulans təyyarələrdə, reanimasiya şərtlərində lazım olan
müdaxilənin edildiyini deyən Qafqaz "Əsgərləri hər cür tədbiri
alaraq gətirdik. Xəstəxanamız Türkiyənin əhəmiyyətli markalarından
biridir. Komandamıza çox güvənirik. İnşallah bu əsgərlərə Allah
şəfa verəcək və məmləkətlərinə göndərəcəyik" deyib.
Dünyanın müxtəlif bölgələrindən xəstələr gətirdiklərini xatırladan
Qafqaz qarşıdurma olan bölgələrdəki bu vəziyyətin tez sona çatması,
axan qanın dayanmasını arzulayıb.
Xəstəxananın Baş həkim köməkçisi Levent Öztürk də avtomat silahla
yaralanan xəstənin ölkəsində sağ qıçının diz üstündən, sol qıçının
isə diz altından kəsildiyini izah edib.
Sağ ağ ciyərində də zədə olan xəstəyə ayrıca ölkəsində sinə balonu
yerləşdirildiyini deyən Öztürk Azərbaycan əsgərinin xəstəxanada
yaxşı müalicə ediləcəyini, ayaqları üçün də plastik cərrahı və
ortopediya mütəxəssislərinin qiymətləndirməsi çərçivəsində cərrahı
əməliyyat gerçəkləşdiriləcəyini deyib.
Öztürk, əməliyyatla xəstənin qıçlarındakı açıq yaraların
bağlanılacağını ifadə edərək, yaralının həyati təhlükəsinin
olmadığını söyləyib.
Xəstəxanadakı digər xəstə, qarın nahiyyəsindən güllə yarası alan 19
yaşlı Elvin Əsgərovun da müalicə edildiyini deyən Öztürk, ölkəsində
edilən ilk müdaxilədən sonra Əsgərovun bağırsaqları üçün ediləcək
tomoqrafiya onun gələcəkdə necə müalicə ediləcəyini
dəqiqləşdirəcək.
Ankara Təhsil və Araşdırma Xəstəxanasında müalicə görən yaralı
əsgər Ədalət Məmmədovun isə bir gözünü itirdiyi deyilir.
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil19 Aprel 20:40
Buraxılış imtahanının nəticələri açıqlandı