Gədəbəy cəbhəsində 1 əsgərimiz yaralandı
Bizi izləyin

İqtisadi gündəm

Gədəbəy cəbhəsində 1 əsgərimiz yaralandı

Avqustun 9-da ermənilərin atəşkəsi pozması nəticəsində saat 19.45 radələrində Ermənistan-Azərbaycan sərhəddinin Gədəbəy rayonu ərazisində, qoşunların təmas xəttində, Silahlı Qüvvələrimizin 1993-ci il təvəllüdlü, Mingəçevir şəhərindən hərbi xidmətə çağırılmış əsgər Tağıyev Orxan Qalib oğlu düşmən tərəfindən açılan atəş nəticəsində yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, yaralı əsgər ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb müəssisəsinə təxliyyə edilib. Hazırda əsgərin vəziyyəti kafidir, həkimlərin nəzarəti altındadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm