Pərviz Şahbazov şirkət rəhbərləri ilə görüşdü
Bizi izləyin

İqtisadi gündəm

Pərviz Şahbazov şirkət rəhbərləri ilə görüşdü

Energetika naziri Pərviz Şahbazov "Neqsol Holding" şirkətinin baş icraçı direktoru Yusif Cabbarov və "Nobel Oil" şirkətinin baş icraçı direktoru Vüqar Səmədlini qəbul edib.

Energetika Nazirliyindən Publika.az-a verilən məlumata görə, görüşdə şirkətlər, onların fəaliyyət sahələri, beynəlxalq bazarlarda gerçəkləşdirilən layihələri, gələcək planları haqqında məlumat verilib, Azərbaycanda, xüsusi ilə işğaldan azad edilmiş ərazilərimizdə bərpa olunan enerji layihələrində iştirakla bağlı maraq ifadə edilib.

Energetika sahəsində müxtəlif istiqamətlərdə, o cümlədən "yaşıl enerji"dən istifadənin genişləndirilməsi üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm