Aİ komissarı: "Azərbaycan ​İqtisadi və İnvestisiya Planının tətbiqi üçün əsas tərəfdaşdır"
Bizi izləyin

İqtisadi gündəm

Aİ komissarı: "Azərbaycan ​İqtisadi və İnvestisiya Planının tətbiqi üçün əsas tərəfdaşdır"

Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi Azərbaycana səfəri çərçivəsində iqtisadiyyat və energetika nazirləri Mikayil Cabbarov və Pərviz Şahbazovla görüşüb.

Publika.az xəbər verir ki, bu barədə avropalı diplomat "Twitter"də yazıb.

Onun sözlərinə görə, görüş zamanı "Şərq Tərəfdaşlığı" üçün nəzərdə tutulmuş İqtisadi və İnvestisiya Planının potensialı barədə fikir mübadiləsi aparılıb.

"Azərbaycan bu planın tətbiqi üçün əsas tərəfdaşdır", - O. Varhelyi qeyd edib.

Xatırladaq ki, Aİ komissarı Cənubi Qafqaz turu çərçivəsində iyulun 7-də Gürcüstanda olub, iyulun 8-də isə Azərbaycana gəlib. O, iyulun 9-da Ermənistana səfər edəcək.

O.Varhelyinin region ölkələrinə səfərinin məqsədi İqtisadi və İnvestisiya Planını təqdim etmək və ikitərəfli münasibətlərin vacib məsələlərini müzakirə etməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm