İqtisadi gündəm
"Azərbaycan Qərb üçün vacib ölkədir"
İtaliyanın “L’indro” xəbər portalında
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazı
yerləşdirilib.
Publika.az-ın məlumatına görə, yazıda qeyd olunur: “Dünyanın
diqqəti Ukrayna hadisələrinə yönəldiyi bir vaxtda Avropanın
cənubunda qanlı müharibə ilə nəticələnə biləcək bir gərginlik
yaşanmaqdadır. 20 ildən artıqdır davam edən Dağlıq Qarabağ
münaqişəsi nizamlanmasa və son günlərdə Ermənistan və Azərbaycan
qoşunlarının təmas xəttində artan gərginliyin qarşısı alınmasa
Avropanın enerji təhlükəsizliyinin təmin olunması sual altına düşə
bilər. Azərbaycan hazırda əsas enerji təminatçısı kimi Avropa üçün
önəmli bir ölkədir. Bu baxımdan Avropa Cənubi Qafqazda sabitliyin
qorunub saxlanmasında maraqlıdır”.
Məqalədə Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilir.
Bildirilir ki, münaqişə nəticəsində xeyli sayda insan həlak olub və
bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün
vəziyyətinə düşüb.
Azərbaycanın sürətli inkişafından danışan müəllif vurğulayır ki,
getdikcə güclənən bu ölkə öz hərbi qüdrətini də artırmaqdadır.
Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bəyan edib ki, Dağlıq
Qarabağ və ona bitişik yeddi rayonu geri qaytarmaq üçün
Azərbaycanın hər cür vasitələrdən istifadə etmək hüququ vardır.
Oxucuların diqqətinə çatdırılır ki, son günlərdə Ermənistan və
Azərbaycan qoşunlarının təmas xəttində artan gərginlik beynəlxalq
birliyin bu regiona diqqəti artırmalı olduğunu göstərdi. ATƏT-in
Minsk qrupunun həmsədr ölkələri uzun illərdir münaqişənin
nizamlanması üçün çıxış yolu tapmağa çalışsa da, hələ bir nəticə
yoxdur. Azərbaycanın Avropa üçün enerji təminatının
şaxələndirilməsində açar ölkə olduğunu nəzərə alsaq, Qərbin bu
bölgəyə həssaslıqla yanaşmasını anlamaq olar. Azərbaycan həm
tranzit, həm də enerji təminatçısı kimi Qərb üçün vacib
ölkədir.
AzərTAc
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi
-
Qoroskop07:39
Bu 3 bürcün may ayında bəxti gətirəcək
-
Magazin107:25
Məşhur aktyor Serenayla tərəf müqabili olacaq
-
Ekopublika.az02:19
Hansı sahələr daha çox varlandırır? - “Forbes” açıqladı
-
Nida Xəbər 00:37
"Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur" - Paşinyan