• USD 1,7000 0,00% EUR 2,0014 0,00%
    • GBP 2,3463 0,00% RUB 0,0234 0,00%

Səməd Qurbanov: Azərbaycanla Rusiya şirkətlərinin əlaqələrinin daha da genişləndirilməsi vacibdir

Səməd Qurbanov: Azərbaycanla Rusiya şirkətlərinin əlaqələrinin daha da genişləndirilməsi vacibdir

Azərbaycanın Rusiya şirkətləri sıx əməkdaşlıq əlaqələri var. Bu əlaqələrin daha da genişləndirilməsi vacibdir. "ROSTEKSİMBANK" ("РОСТЭКСИМБАНК") şirkəti ilə daha yaxından işləyirik. Əməkdaşlığımızın potensialı çox böyükdür.

Publika.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov iyulun 23-də Rusiya şirkətlərinin Azərbaycana işgüzar missiyası çərçivəsində keçirilən tədbirdə deyib.

Rusiyanın ölkəmizin əsas ticarət tərəfdaşlarından biri olduğunu qeyd edən S.Qurbanov bildirib ki, ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşları reallaşdırılır və birgə layihələr həyata keçirilir. Azərbaycan və Rusiya arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, iş adamları arasında əməkdaşlığı daha da genişləndirmək hər iki ölkənin maraqlarına cavab verir.

S.Qurbanov Rusiyanın “KamAZ” şirkəti ilə Azərbaycanın Gəncə Avtomobil Zavodu arasındakı səmərəli və faydalı əməkdaşlıqdan da danışıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR