Hava nəqliyyatı ilə yük daşımalarının dəyəri artdı
Bizi izləyin

İqtisadi gündəm

Hava nəqliyyatı ilə yük daşımalarının dəyəri artdı

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda hava nəqliyyatı ilə yük daşımalarının dəyəri 771 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 3,3 faiz çoxdur.

Publika.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, hesabat dövründə hava nəqliyyatı ilə yük daşınması demək olar ki, 24,125 min ton olub ki, bu da 2020 -ci ilin eyni dövrü ilə müqayisədə 89,3 faiz azdır.

Hava nəqliyyatı ilə ixrac yük daşımalarının həcmi 18,998 min tonu, dəyər baxımından isə 150,305 milyon dolları keçdi (artım 7,2 faiz).

Hesabat dövründə hava nəqliyyatı ilə idxal 5,127 min ton (21 faiz azalma), dəyər baxımından isə 620,657 milyon dollar (21,78 faiz artım) təşkil edib.

Yanvar-iyul aylarında Azərbaycanın ticarət dövriyyəsi 17,691 milyard dolları, o cümlədən ixrac - 11,393 milyard dollar, idxal - 6,297 milyard dolları keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm