Füzuli Beynəlxalq Aeroportu Qarabağa açılan ilk hava qapımızdır - Badamov
Bizi izləyin

İqtisadi gündəm

Füzuli Beynəlxalq Aeroportu Qarabağa açılan ilk hava qapımızdır - Badamov

"Füzuli Beynəlxalq Aeroportunun qısa bir zamanda açılışının siyasi və iqtisadi əhəmiyyəti böyükdür. Siyasi əhəmiyyətinə toxunanda qeyd etmək istəyirəm ki, belə böyük beynəlxalq əhəmiyyətli aeroportun qısa bir zamanda ərsəyə gətirilə bilməsi hər bir ölkənin işi deyil".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Millət vəkilinin sözlərinə görə, bu o deməkdir ki, Azərbaycan böyük gücə malik və qarşısına qoyduğu hər bir məqəsdini reallaşdıran ölkədir:

"Məsələn, 27 sentyabra qədər torpaqlarımızı işğaldan azad edəcəyimizi düşmənlərimiz üçün yuxu kimi görünürdüsə, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz bu işi cəmi 44 gündə etdi. Bu, həm də Prezident İlham Əliyevin açıqladığı hər bir ifadəsinin real həyatda öz əksini tapacağı kimi başa düşülür. Biz işğaldan azad olunmuş torpaqlara artıq qayıtmağa başlamışıq. Füzuli Beynəlxalq Aeroportu açılır, yol infrastrukturu müasir şəkildə yenidən qurulur, şəhər və kəndlərimiz ağıllı layihələrlə tikilir. Bütün işlər planlaşdırıldığı kimi davam edir. Ölkə başçımız qeyd etmişdi ki, işğaldan azad olunmuş ərazilərin bərpasında bizə rəqib olan ancaq zamandır. Dövlətimiz zamanı da müəyyən təqvim üzrə planlaşdırır və tezliklə Böyük Qayıdışa başlaya biləcəyik".

Deputatın fikrincə, Füzuli Beynəlxalq Aeroportu həm də Qarabağa açılan ilk hava qapımızdır:

"Bu ərazilərin gözəl təbiəti və iqtisadi potensialı mövcuddur. Düşünürəm ki, tezliklə Qarabağa səfər etmək istəyən xaricilərin sayı kifayət qədər artacaq. Yəni, Füzuli aeroportu işğaldan azad olunmuş ərazilərin turizm potensialının realizə edilməsi baxımından əhəmiyyətlidir. Həm də daşınmaların tez və təhlükəsiz həyata keçirilməsində Füzuli aeroportunun əvəz olunmaz rolu olacaq. Çünki, işğaldan azad olunmuş ərazilərə xaricdən kifayət qədər fərqli çeşidlərdə yüklər gətirilir. Aeroport istifadəyə veriləndən sonra bu yüklər bir başa Qarabağa, Füzuliyə daşınacaq və oradan təyinaları üzrə göndəriləcək. Füzuli aeroportu işağaldan azad olunmuş ərazilərə səfər edən insanların vaxt itikisi olmadan rahat gediş-gəlişini təmin edəcək. Həm də Füzuli aeroportu lazım gələn vaxtda hərbi mıəqəsdlər üçün də istifadə etmək mümkündür. Bütün bunları nəzərə alaraq qeyd etmək istəyirəm ki, Füzuli BeynəlxalqAeroporunun işğaldan azad olunmuş ərazilərin canlandırılmasında və inkişaf etdirilməsində böyük əhəmiyyəti olacaq".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm