Azərbaycanın Türkiyəyə ixracı azaldı
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanın Türkiyəyə ixracı azaldı

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycandan Türkiyəyə ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz azalaraq 1,756 milyard dollara bərabər olub.

Publika.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadla məlumat verir.

Hesabat dövründə Türkiyənin Azərbaycanın ümumi ixracında pay 13,58 faiz təşkil edib.

2021-ci ilin yanvar-avqust aylarında Türkiyədən Azərbaycana idxal ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz artaraq 1,128 milyard dollara bərabər olub. Azərbaycanın idxalında Türkiyənin payı 15,35 faiz təşkil edib.

İki ölkə arasında ticarət dövriyyəsi isə ötən ilin yanvar-avqusta ayları ilə müqayisədə 0,5 faiz azalaraq 2,885 milyard dollar olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm