Azərbaycan və Gürcüstan arasında saziş imzalandı
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan və Gürcüstan arasında saziş imzalandı

Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası çərçivəsində standartlaşdırma və metrologiya, uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında hökumətlər arası saziş imzalanıb.

Publika.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Bundan başqa, onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Gürcüstanın analoji qurumları ilə anlaşma memorandumları imzalayıb.

"Bu sənədlərdən irəli gələn məsələlərin icrası qarşılıqlı faydalı əlaqələrimizin inkişafında əhəmiyyətli olacaq", - deyə o, qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm