İqtisadi gündəm
İran Sərhəd Qoşunlarının Komandanı Azərbaycanda səfərdə olub
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 95-ci
ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak etmək məqsədilə
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
general-polkovnik Elçin Quliyevin dəvəti ilə 2014-cü ilin 16-18
avqust tarixlərində İran İslam Respublikası Sərhəd Qoşunlarının
Komandanı, general-mayor Qasım Rzainin rəhbərlik etdiyi nümayəndə
heyəti ölkəmizə səfər edib.
ANS PRESS-in məlumatına görə, avqustun 17-də Dövlət Sərhəd
Xidmətinin Aparatında general-mayor Qasım Rzainin təntənəli
qarşılanma mərasimi keçirilib. Rəsmi protokola uyğun olaraq, İran
İslam Respublikası Sərhəd Qoşunlarının Komandanı şərəf kitabına
ürək sözlərini yazıb.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
general-polkovnik Elçin Quliyev və İran İslam Respublikası Sərhəd
Qoşunlarının Komandanı general-mayor Qasım Rzainin rəhbərlik
etdikləri nümayəndə heyətləri arasında geniş tərkibdə keçirilmiş
görüşdə Azərbaycan-İran dövlət sərhədində və sərhəd keçid
məntəqələrindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılmış, hər
iki qurum arasında əməkdaşlığın mövcud durumu və perspektivləri
müzakirə olunub.
Müzakirələr zamanı qurumlar arasında əməkdaşlığın inkişaf
dinamikası müsbət qiymətləndirilmiş, dövlət sərhədindən
qaçaqmalçılığa, transsərhəd cinayətkarlığa qarşı, eləcə də
digər qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması üzrə
qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyi
vurğulanıb.
Səfər çərçivəsində İran nümayəndə heyəti Bakı şəhərinin
mədəni-tarixi yerləri ilə tanış edilmişlər.
Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi