• USD 1,7000 0,00% EUR 1,9208 0,00%
    • GBP 2,2592 0,00% RUB 0,0230 0,00%

Bu məhsullar ƏDV-dən AZAD EDİLİR

Bu məhsullar ƏDV-dən AZAD EDİLİR

Azərbaycanda bir sıra məhsulların idxalı və satışı Əlavə Dəyər Vergisindən (ƏDV) azad ediləcək.

Publika.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif edilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə ictimai dinləmə keçirilib.

Təklif edilən dəyişikliyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənən kütləvi informasiya vasitələri məhsullarının və kitabların, (elektron kitablar istisna olmaqla) habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların, o cümlədən elektron kitabların, habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətindən (reklam xidmətləri istisna olmaqla) Əlavə Dəyər Vergisi tutulmayacaq.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR