İqtisadi gündəm
Mats Karlsson: “Doing business” hesabatının nəşri davam etdirilməlidir"
"Dünya Bankının “Doing business” hesabatının nəşri davam etdirilməlidir. Bu hesabat dünya ölkələrinin iqtisadiyyatları üçün standart nöqteyi-nəzərindən zəruridir".
Publika.az xəbər verir ki, bunu Dünya Bankının keçmiş vitse-prezidenti, hazırda Kolumbiya Universitetinin professoru olan Mats Karlsson VIII Qlobal Bakı Forumunun kuluarlarında bildirib.
“Mənim Dünya Bankında işlədiyim illərdə “Doing business” hesabatı çox böyük əhəmiyyətə malik idi”, - o deyib.
Onun fikrincə, bu, dünyada biznes mühitinin vəziyyəti haqqında standart informasiya baxımından zəruridir: “Hər zaman nəyi və necə ölçdüyünüzü müzakirə edə bilərsiniz, lakin çoxşaxəlilik müqayisəli səviyyədə izlənməlidir”.
Qeyd edək ki, hesabat müəlliflərinin bəzi ölkələrin reytinqi azaldıb, digərlərinin reytinqini artırması ilə bağlı şübhələr meydana gəldikdən sonra Dünya Bankı sentyabr ayında bu hesabatın dərcini dayandırmaq barədə qərar qəbul edib. Belə ki, Çin və Səudiyyə Ərəbistanı reytinqi yüksəldilən, Azərbaycan isə reytinqi aşağı salınan ölkələrdəndir.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ