Gələn ilin ortalarından inflyasiyanın sürəti azalacaq - Elman Rüstəmov
Bizi izləyin

İqtisadi gündəm

Gələn ilin ortalarından inflyasiyanın sürəti azalacaq - Elman Rüstəmov

Azərbaycanda gələn ilin ortalarından inflyasiyanın sürəti aşağı düşəcək.

Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

E.Rüstəmov bildirib ki, milli iqtisadiyyatda inflyasiyaya xarici təsirlər güclənib. O bildirib ki, inflyasiyanın sürətlənməsində xarici amillər mühüm rol oynayır:

"Mərkəzi Bankın hədəflərindən biri infilyasiya səviyyəsini sabit idarə etməkdir. Növbəti ilin ortalarından başlayaraq inflyasiyasnın sürəti aşağı düşəcək. Qlobal inflyasiyanın səngiməsi onun milli inflyasiyaya təsirini də azaldacaq”, - Mərkəzi Bank sədri deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm