Türkiyəli ekspert: “İnflyasiya ən yüksək həddədir”
Bizi izləyin

İqtisadi gündəm

Türkiyəli ekspert: “İnflyasiya ən yüksək həddədir”

“Son illər Türkiyədə inflyasiya ən yüksək həddə çatıb. Bunun əsas səbəbi qlobal COVİD-19 pandemiyası, Rusiya-Ukrayna müharibəsi nəticəsində dünyada əmtəə qiymətlərinin hədddən çox artmasıdır”.

Bu sözləri Publika.az-a açıqlayan Türkiyənin tanınmış iqtisadçı-eksperti, doktor Cemal Zehir yuxarıdakı səbəblərin Türkiyə iqtisadiyyatına radikal şəkildə təsir etdiyini bildirdi.

Onun sözlərinə görə, inflyasiyanın yaranmasında rol oynayan digər amil dünya bazarında neftin, mazutun və təbii qazın daşınma xərclərinin yüksəlməsidir:

“Bu gün Türkiyədə inflyasiya 79 faizdir. Bu, son 20 ildə üzləşdiyimiz ən yüksək göstəricidir. Hökumət həyata keçirdiyi tədbirlərlə çalışır ki, aztəminatlı və aşağı gəlirli ailələr bundan az ziyan çəksin. Bunun üçün də “sosial dövlət” proqramı dövriyyəyə buraxılıb”.

Ekspert son günlər inflyasiyanın artım tempində yavaşlamanın baş verdiyini qeyd etdi:

“Buna baxmayaraq, hələ də bahalaşma müşahidə olunur. Avqust ayında qiymət artımında fasilə ola bilər. Ancaq inflyasiyanın aşkar təsirlərinin gələn ilin fevral və mart aylarında aradan qalxmasını gözləyirik. Hazırda Türkiyə hökuməti bununla bağlı zəruri tədbirlər həyata keçirməkdədir”.

Türkiyə Mərkəzi Bankının həm dollar, həm də lirə ilə kifayət qədər resurslara malik olduğunu diqqətə çatdıran ekspert qeyd etdi ki, dollar və avro ilə bağlı da problem yoxdur:

“Bank kassalarında 210 milyard dollarlıq və 2 trilyon lirəlik depozit və əmanətlər var. Bir müddət əvvəl açıqlanan son məlumatda bildirilir ki, artıq ölkəyə beynəlxalq investisiyalar daxil olmağa başlayıb. Bir sözlə, Mərkəzi Bank hökumətlə əlaqəli şəkildə maliyə siyasəti həyata keçirir. Yəni, hökumət ölkə iqtisadiyyatının rahat nəfəs alması üçün bütün gücünü səfərbər edib”.

Rövşən Ziya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm