İqtisadi gündəm
Təbii qaza görə ödənişlər 17%-dən çox artdı
Bu ilin yanvar-iyul ayları ərzində “Azəriqaz” İstehsalat Birliyinin satdığı təbii qaza görə ödəniş səviyyəsi 105,95 % olub.
Publika.az xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktorun satış üzrə müavini Rəşad Cavadov bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.
Onun sözlərinə görə, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 17,12 % çoxdur: “Ödəniş səviyyəsi əhali sektoru üzrə 104,55 % təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,41 % azdır. Qeyri-əhali sektoru üzrə ödəniş səviyyəsi 107,01 % olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,28 % çoxdur”.
Rəşad Cavadov qeyd edib ki, bu ilin iyul ayında ödəniş səviyyəsi 114,29 % təşkil edib ki, bu da 2021-ci ilin iyul ayı ilə müqayisədə 5,06 % çoxdur: “Ötən ay ödəniş səviyyəsi əhali sektoru üzrə 170,61 % təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 30,69 % çoxdur. Qeyri-əhali sektoru üzrə iyul ayında ödəniş səviyyəsi 99,28 % olub ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 2,06 % azdır”.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO