Avronun ucuzlaşması Aİ iqtisadiyyatına ZƏRBƏDİR - "Bloomberg"
Bizi izləyin

İqtisadi gündəm

Avronun ucuzlaşması Aİ iqtisadiyyatına ZƏRBƏDİR - "Bloomberg"

İlin əvvəlindən avronun dollara nisbətdə 12%-dən çox ucuzlaşması malların idxalının bahalaşmasına gətirib çıxaracaq və Avropa biznesinə ziyan vuracaq.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat dərc edib.

Bildirilib ki, yüksək inflyasiya və enerji qiymətlərinin dəfələrlə artması ilə birlikdə zəifləyən avro artıq Aİ iqtisadiyyatını zəiflədir.

Avrozonada istehlak inflyasiyası artıq 9%-ə yaxınlaşıb ki, bu da müəssisə və şirkətlərin satış həcminə mənfi təsir göstərir. Nəşr qeyd edir ki, avronun dollarla paritetdən aşağı düşməsi firmaların fəaliyyətini daha da ağırlaşdıracaq, qiymət artımı fonunda ev təsərrüfatlarının tələbinin azalmasına səbəb olacaq.

“JPMorgan Private Bank”-ın qlobal strateqi Madison Fuller xəbərdarlıq edib ki, avronun dollara nisbətdə xeyli ucuzşlaması enerji və maliyyə kimi sektorlar üçün riskləri əks etdirir.

Qeyd edək ki, avqustun 22-də avronun məzənnəsi bir dollar üçün 0,9952-dən aşağı düşərək iyirmi ilin minimumunu yeniləyib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm